UEFA Avropa Liqasının 1/8 finalında “Mançetser Yunayted” “Milan”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada ilk hissədə hesab açılmayıb. İkinci yarıda meydan sahibləri təzyiqi artırıblar. 50-ci dəqiqədə ingiltərəlilər rəqib qapısına yol tapıblar. Amad Diallo fərqlənib. Qalan vaxtda qonaqlar hücumlarını gücləndirib. Əsas vaxta əlavə edilən 2-ci dəqiqədə tarazlıq bərpa olunub. Simon Kyaer mübarizəyə nöqtə qoyub – 1:1.
İngiltərənin daha bir təmsilçisi “Tottenhem” Zaqreb “Dinamo”sunu qəbul edib. Görüş gözlənilyi kimi meydan sahiblərinin üstünlüyü ilə keçib. Mourinyonun komandası 2 cavabsız qolla qələbə qazanıb. “Tottenhem”in sərrast futbolçularından Harri Keyn dubl edib.
“Arsenal” isə Yunanıstanda “Olimpiakos”un qonağı olub. Hesabı ilk hissədə Martin Odeqard açıb. Meydan sahibləri buna ikinci yarıda cavab veriblər. Yusif Əl Ərabi fərqlənib – 1:1. Qalan vaxtda təzyiqi artıran “topçular” rəqib qapısından 2 top keçiriblər. Qabriel və Mohammed Elneninin zərbələri dəqiq olub: “Olimpiakos” – “Arsenal” 1:3.